Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvənd vurduran hamilə qadınların bətnindəki körpələrin vəziyyəti açıqlandı

Peyvənd vurduran hamilə qadınların bətnindəki körpələrin vəziyyəti açıqlandı

Tarix: 24 Sentyabr 2021 11:26

Nyu-York Universitetindən alimlər COVID-19 əleyhinə peyvənd edilən hamilə qadınların hələ ana bətnində ikən körpələrinə virusla mübarizə aparan anticisimləri ötürdüklərini təsbit ediblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Pfizer" və ya "Moderna" peyvəndləri vurduran analardan dünyaya gələn 36 körpədən qan nümunələri götürülüb. Onların hamısında koronavirusa qarşı anticisim olduğu təsbit edilib.

Araşdırma zamanı hamiləliyin ikinci yarısında qadınların göbəkbağındakı qanda anticisimlərin ən yüksək səviyyəsi müşahidə edilib.

Mütəxəssislər oxşar halların digər inyeksiyalarla da tez-tez baş verdiyindən araşdırmanın nəticələrinə təəccüblənmədiklərini bildiriblər.

Alimlər bu halın vaksinlərin iki həyatı eyni zamanda qorumaq qabiliyyətinə malik olduğunu, həm ana, həm də uşaqda ciddi xəstəliklərin qarşısını aldığını sübut etdiyini vurğulayıblar.


Etiketlər:  Peyvənd vurduran hamilə qadınların bətnindəki körpələrin vəziyyəti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ