Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcazəsiz Kəlbəcərə getmək istədi

İcazəsiz Kəlbəcərə getmək istədi

Tarix: 24 Sentyabr 2021 15:10

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Kəlbəcər rayonuna müvafiq icazə olmadan getmək istəyən rayonun Toğanalı kənd sakini Zaman Verdiyevi saxlayıblar. O polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onun həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Məhkəmənin qərarı ilə Z.Verdiyev barəsində inzibati tənbeh tədbiri görülüb.

Milli.Az


Etiketlər:  İcazəsiz Kəlbəcərə getmək istədi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ