Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 uşaqlı evli kişiyə qoşulub qaçan 18 yaşlı qadın - ''Həftədə 4 gün mənim yanımda olacaq, 3 gün o biri qadının'' - VİDEO - FOTO

4 uşaqlı evli kişiyə qoşulub qaçan 18 yaşlı qadın - ''Həftədə 4 gün mənim yanımda olacaq, 3 gün o biri qadının'' - VİDEO - FOTO

Tarix: 25 Sentyabr 2021 03:34

Evli və 4 uşağı olan pakistanlı kişiyə qoşulub qaçan 18 yaşlı Melek Şahinoğlu Türkiyənin məşhur proqramı  "Fulya ilə Ümid" proqramında söylədikləri ilə hər kəsi qəzəbləndirib.

Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, Pakistanda 4 arvadın normal olduğunu deyən Şahinoğlu, "Mustafanın həyat yoldaşı ilə yazışıram. Həftənin 3 günü həyat yoldaşı ilə, 4 günü mənim yanımda olacaq" deyib. 18 yaşlı qızları Melek Şahinoğlunun yoxa çıxdığını deyən ailə canlı yayımda kömək istəyib. Qısa müddətdə tapılan gənc qız canlı efirdə həyatından razı qaldığını söyləyən Şahinoğlu "yaxşıyam, heç kimlə zorla yaşamıram. Sadəcə ailəmin razılığını almaq üçün gəlmişəm. İstəməsələr də, heç bir problem yoxdur" deyib.

Melek Şahinoğlunun söylədiklərindən sonra əsəbiləşən Fulya Öztürk, "Bu, dünyanın heç bir yerində normal bir şey deyil. 3 ayda nə sevgi ola bilər? Sənin etdiyini qınayıram və yerində olmaq istəmirəm. Sevgi bitir, qalan ailədir" - deyib.

Kamran Seyidov


Etiketlər:  uşaqlı evli kişiyə qoşulub qaçan yaşlı qadın Həftədə gün mənim yanımda olacaq gün biri qadının VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ