Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağdakı rus sülhməramlıların komandanı yenə dəyişir

Qarabağdakı rus sülhməramlıların komandanı  yenə dəyişir

Tarix: 25 Sentyabr 2021 08:30

Qarabağdakı rusiyalı sülhməramlıların komandanı yenidən dəyişir.

Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Bildirilir ki, Mixail Kosobokovun yerinə Gennadi Vladimiroviç Anaşkin gətirilir. General-leytenant Anaşkinin rəsmi təyinatı sabah elan ediləcək.

Gennadi Anaşkin 1968-ci ildə Samarada anadan olub. Ayrı-ayrı vaxtlarda Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandiri Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.

Milli.Az


Etiketlər:  Qarabağdakı rus sülhməramlıların komandanı yenə dəyişir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ