Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da polis sahildə idmançını güllələyib - VİDEO

ABŞ-da polis sahildə idmançını güllələyib - VİDEO

Tarix: 26 Sentyabr 2021 19:56

ABŞ-ın Kaliforniya ştatının Huntington Beaç şəhərində polis əməkdaşları dünyanın ən böyük sörfinq yarışlarından olan "Open of Surfing"in iştirakçısını güllələyərək öldürüblər.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları çimərlikdə "silahlı şübhəli adam"ın olması barədə informasiya alıblar. Bu xəbərdən sonra onlar çimərliyə gəliblər.

Polisdən verilən məlumata görə, şübhəli onların tələblərini yerinə yetirməkdən imtina edib, bundan sonra yaxın məsafədən bir neçə dəfə güllələnib. Yetkin yaşlarda olan idmançının adı açıqlanmır. Güllələnən adam həmən xəstəxanaya yerləşdirilib.

Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, nəticədə idmançı aldığı xəsarətlərdən dünyasını dəyişib.


Etiketlər:  ABŞ polis sahildə idmançını güllələyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ