Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maykl Cordanın oğlu tibb işçilərinə hücuma görə saxlanılıb

Maykl Cordanın oğlu tibb işçilərinə hücuma görə saxlanılıb

Tarix: 26 Sentyabr 2021 21:42

Amerikalı basketbolçu Maykl Cordanın oğlu Ceffri ABŞ-ın Arizona ştatında xəstəxana işçilərinə hücum etdiyinə görə saxlanılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli "ABC15" telekanalı polisə istinadən məlumat yayıb.

Hadisə Skotsdeyl şəhərində baş verib. Telekanalın məlumatına görə, keçmiş basketbolçu Ceffri Cordan "Casa Amigos" klubunda sürüşüb və başı masaya dəyib. Onun başı qanamağa başlayıb və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. 32 yaşlı C.Cordanın müalicə zamanı xəstəxana işçilərinə hücum etdiyi iddia olunur.

Məşhur basketbolçunun oğlu hücum ittihamı ilə saxlanılaraq şəhər həbsxanasına göndərilib. Bir saat sonra isə sərbəst buraxılıb.


Etiketlər:  Maykl Cordanın oğlu tibb işçilərinə hücuma görə saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ