Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 09:30
Azərbaycanın məşhur "Qaya" ansamblının İsraildə yaşayan üzvü, Xalq artisti Teymur Mirzəyev sentyabrın 26-da dünyasını dəyişib.
Sonxeber.net xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun rəhbəri Kamil şahverdi bildirib.
Beləliklə "Qaya" ansamblının dördüncü uzvü də haqq dünyasına qovuşub.
1961-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc - Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşür. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur.
"Qaya" vokal ansamblı 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərib. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa edib.
T.Mirzəyev 1961-ci ildə "Qaya" ansamblının bədii rəhbəri və solisti olmuşdu.
Allah rəhmət eləsin...