Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 11:06
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 1,25% artaraq 1 barelə görə 79,07 dollar təşkil edib. Bununla da, "Brent" markalı neft 2018-ci ilin qiymətini ötüb.
Sonxeber.net bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,32% artaraq 74,96 dollar olub.