Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidlərin xatirəsi əbədiləşdirilir - VİDEO

Şəhidlərin xatirəsi əbədiləşdirilir - VİDEO

Tarix: 27 Sentyabr 2021 14:16

Nərimanov rayonunda şəhidlərə xatirə kompleksinin təməli qoyulub

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Vətən Müharibəsində Nərimanov rayon şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə rayon ərazisində Xatirə Kompleksinin təməli qoyulub.

Vətən övladlarının xatirəsinin əbədiləşməsi məqsədilə inşa ediləcək kompleksin təməlqoyma mərasimində Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvləri Rasim Musabəyov və Hikmət Babaoğlu, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, rayon gəncləri iştirak edib.

Mərasimi giriş sözü ilə açıq elan edən Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Tədbirdə iştirak edən Milli Məclisin sədr müavini Adil Əliyev və digər çıxışçılar öz çıxışlarında vurğulayıblar ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

Daha sonra şəhid ailələrinin üzvləri ilə birgə Xatirə Kompleksinin bünövrəsi qoyuldu. Ucaldılacaq Xatirə Kompleksi barədə də tədbir iştirakçılarına geniş məlumat verildi.

Şəhid ailələri çıxışlarında şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.


Etiketlər:  Şəhidlərin xatirəsi əbədiləşdirilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ