Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 17:30
"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu Sezer Öztürk qətl törədib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hadisə 19 sentyabr tarixindən baş verib. Keçmiş futbolçu maşınına yol verməyən sürcü ilə mübahisə edib.
Daha sonra o silahla həmin şəxsə və onun ailə üzvlərinə atəş açıb. Nəticədə Halil İbrahim adlı vətəndaş həlak olub, 4 nəfər isə yaralanıb. Sezer Öztürk dərhal hadisə yerindən uzaqlaşsa da, polislər onu yaxalayıb. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, Almaniyada "Bayer" və "Nürnberq" klublarında da çıxış edən Öztürk Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarında da oynayıb.