Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəng xəstəliyi nəsildən-nəsilə ötürülürmü, yoxsa insan özü tutulur?

Xərçəng xəstəliyi nəsildən-nəsilə ötürülürmü, yoxsa insan özü tutulur?

Tarix: 27 Sentyabr 2021 23:09

Alimlər bəzi bədxassəli şişlərin irsi təbiətli olduğunu təsdiqləyiblər. Bu, xərçəngin tez-tez eyni ailənin üzvlərində müşahidə olunması ilə bağlıdır.

Sonxeber.net bildirir ki, mütəxəssislər, bir insanın onkoloji xəstəliyi varsa, ailəsində bədxassəli törəmələrin yaranma ehtimalını öyrənməyin çox vacib olduğunu açıqlayıblar. Bundan əlavə, eyni ailənin üzvləri arasında xəstəlik bir dəfədən çox aşkarlanarsa, ailə həkim-genetik ilə məsləhətləşməlidir. Bu, patologiyanın irsi təbiətinin olub-olmadığını anlamaq üçün lazımdır.

Üstəlik, irsi olaraq yaranan xərçəngdə də fərq var. Bu, patogen mutasiyaların təyin edilməsi ilə proqnozlaşdırıla bilər. Bir şəxs xəstəliyin irsi xüsusiyyətindən şübhələnirsə, həkimlər müəyyən bir xəstəliyə səbəb ola biləcək mutasiyaları axtarmağa başlamalıdır.

Mütəxəssislər xərçəngin genetik xüsusiyyətə malik olmasına baxmayaraq, xəstəliklərin yalnız 10-15%-nin irsən ötürüldüyünü vurğulayıblar.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Xərçəng Assosiasiyasının mütəxəssisləri bütün növ şişlərin yalnız 5%-dən 10% -ə qədərinin genetik mutasiya ilə əlaqəli olduğunu bəyan ediblər. Bildirilib ki, qalan 90-95% hallarda xərçəng ətraf amillər və həyat tərzinin təsiri nəticəsində yaranır.

Alimlər bildirib ki, ən çox irsi keçən onkoloji şişlər reproduktiv orqanların (yumurtalıqlar və süd vəzi) və həzm sisteminin xərçəngidir. Genetik test və vaxtında tibbi müayinə şişlərin olma ehtimalını əvvəlcədən müəyyənləşdirməyə kömək edir.

Mütəxəssislər iddia edirlər ki, "ailə xərçəngi" özünü kifayət qədər erkən büruzə verir, çünki insan orqanizmində doğulandan mutasiya olmuş hüceyrələr olur. Siqaret çəkmə, oturaq həyat tərzi və qeyri-sağlam qidalanma kimi zərərli vərdişlər hüceyrənin işinin pozulmasına səbəb olur və bu prosesi daha da sürətləndirir. /medicina.az


Etiketlər:  Xərçəng xəstəliyi nəsildən nəsilə ötürülürmü yoxsa insan özü tutulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ