Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 08:40
Gəncə şəhərində yerləşən, "Gold Əminə" supermarketində yoxlama keçirilib.
Bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı müəssisədə yararlılıq müddəti bitmiş ümumi çəkisi 207 kq olan toyuq əti aşkarlanıb.
Aşkarlanan nöqsanlarla bağlı yararlılıq müddəti bitmiş toyuq ətinin satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.