Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Taliban'' ABŞ-a xəbərdarlıq edib

''Taliban'' ABŞ-a xəbərdarlıq edib

Tarix: 28 Sentyabr 2021 22:10

"Taliban" hərəkatı Əfqanıstanın hava sahəsinin ABŞ pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulduğunu bildirib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid şəxsi "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ PUA-ları ölkənin hava sahəsinə daxil olmaqla "Əfqanıstan İslam Əmirliyi"nin ("Taliban" öz idarə sistemini bu cür adlandırır) suverenliyini pozur.

"Biz bütün ölkələri, xüsusən ABŞ-ı hər hansı bir neqativ nəticənin qarşısının alınması üçün qarşılıqlı öhdəliklərə uyğun hərəkət etməyə çağırırıq", - "Taliban"ın bəyanatında belə deyilir.


Etiketlər:  Taliban ABŞ xəbərdarlıq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ