Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 12:00
Mərkəzi Asiyanın bir sıra ölkələri ABŞ-la əlaqələri davam etdirməkdə maraqlıdır və bunu Rusiya ilə Çinlə qarşılıqlı əlaqənin alternativi hesab edirlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Kennet Makkenzi deyib.
O bildirib ki, bu yaxınlarda Qazaxıstanın paytaxtı Nur-Sultanda konsultasiyalarda iştirak edib və Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri ilə müzakirələr aparıb:
"Onlar əvvəlki kimi ABŞ-la əlaqələrinin olmasını istəyirlər. Təəssüf ki, coğrafi baxımından onlar hər zaman Rusiya və Çinlə çalışmalı olacaqlar. Lakin düşünürəm, partnyorlarımız əmin olmaq istəyirlər ki, ABŞ Əfqanıstandan getdikdən sonra belə onlardan üz çevirməyib".