Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 12:08
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev ilk dəfə Vətən Müharibəsində gedən döyüşlərdən danışıb.
O, düşmənin hava hücumundan müdafiə sistemlərinin necə məhv edilməsini açıqlayıb.
Sonxeber.net bildirir ki, general-leytenant "Xəzər TV"də yayımlanan "Qisas qiyamətə qalmadı" sənədli filmində hərb tarixindəki görülməyən taktiki gedişdən söz açıb:
"Müharibənin ilk günlərində Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycan məxsus qırıcı təyyarələrin vurulmasını sevinclə qeyd edirdi. Lakin sonradan anladılar ki, onların vurduqları hədəflər 50 il bundan əvvəl istismara verilmiş və kənd təsərrüfatında istifadə olunan təyyarələrdir".