Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Piyadalar bu yolun hərəkət hissəsindən keçə bilməyəcəklər - VİDEO

Piyadalar bu yolun hərəkət hissəsindən keçə bilməyəcəklər - VİDEO

Tarix: 29 Sentyabr 2021 12:42

Yasamal rayonunun ''Şamaxinka'' adlanan ərazisində yolun kənarlarına dəmir məhəccərlər vurulur. Məqsəd piyadaların yolun hərəkət hissəsindən  keçməsinin qarşısını almaqdır.

Sözügedən ərazidə piyadaların yolu təhlükəsiz keçməsi üçün yerüstü piyada keçidi inşa edilib. Ancaq bir çox piyada keçiddən yox, birbaşa yolun hərəkət hissəsindən keçirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Yasamal rayonu, Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində bir il əvvəl yerüstü piyada keçidi inşa edilərək istifadəyə verilib.

Məqsəd piyadaların yolun hərəkət hissəsindən keçməsinin qarşısını almaq idi. Ancaq bəzi piyadalar nədənsə həmin keçiddən istifadəyə üstünlük vermirlər.

Vəziyyətdən çıxış yolu kimi əraziyə dəmir məhəccərlər yerləşdirilir.

Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev prospektində də yolun kənarına səkiboyu dəmir məhəccərlər quraşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Piyadalar bu yolun hərəkət hissəsindən keçə bilməyəcəklər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ