Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 14:26
Fransa AUKUS tərəfdaşlığı ilə bağlı yüksək səviyyəli əlaqələri bərpa etməzdən öncə Avstraliya ilə məzmunlu dialoq üçün zəmanət gözləyir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Fransa Prezidentinin müşaviri çıxış edib.
Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.