Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2025 08:05
Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovanın son müsahibəsinə münasibət bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Kirkorov Puqaçovanın şəxsi həyatı və keçmiş nikahları barədə danışdığı müsahibəsini "möhtəşəm" adlandırıb.
"Əla müsahibə idi. O, mənim üçün çox yaxın insandır. Həyatımın on ilini onunla keçirmişəm və bu dövrü silmək mümkün deyil. Mən ona minnətdaram, çünki o mənə çox şey öyrətdi, bu, mənim həyatımın ən xoşbəxt illəri idi. Puqaçova dövrümüzün böyük sənətçisidir", - deyə o vurğulayıb.
Xatırladaq ki, Alla Puqaçova və Filipp Kirkorov 1994-2005-ci illərdə evli olublar. Boşandıqdan sonra Puqaçova televiziya aparıcısı Maksim Qalkinlə ailə qurub. Cütlük 2022-ci ildə Rusiya hakimiyyətinin Ukraynadakı hərbi əməliyyatlarına etiraz edərək ölkəni tərk edib.