Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2025 14:45
Aparıcı Zaur Kamal efir intizamını qorumaq və eyni zamanda xeyirxah bir təşəbbüsə imza atmaq qərarına gəlib. O, verilişinə gecikən sənətçiləri cərimələyəcək və toplanan vəsaiti ehtiyacı olan insanlara bağışlayacaq.
Sonxeber.net xəbər verir ki, aparıcı bu barədə "Həmin Zaur" proqramında məlumat verib. Bu gün yayımlanan buraxılışda Zaur Kamal efirə gecikən meyxanaçılar Baləlini 500 manat, Mirfəridi isə 300 manat məbləğində cərimələyib.
Canlı yayım zamanı o, maddi çətinlik yaşayan ailələrlə əlaqə saxlayaraq onlara həmin vəsaitin göndəriləcəyini açıqlayıb.
Zaur Kamal bildirib ki, bundan sonra efirə gecikən bütün qonaqlar cərimələnəcək və həmin pullar xeyriyyə məqsədlərinə yönəldiləcək.
Musa