Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2025 16:45
Müğənni Zahidə Günəş şəxsi həyatı ilə bağlı uzun illərdən sonra ilk dəfə açıqlama verib.
Sonxeber.net xəbər verir ki, sənətçi verilişlərin birində qonaq olarkən boşanmasının səbəbini tamaşaçılarla bölüşüb.
Zahidə Günəş bildirib ki, evliliyi xəyanət səbəbindən sona çatıb. O, bu vəziyyəti öyrəndikdən sonra heç bir bəhanəni qəbul etmədiyini və xəyanəti bağışlamamağı seçdiyini vurğulayıb:
"Hər kəsin həyatında çətin dönəmlər olur, amma xəyanət mənim üçün bağışlanmaz xəttdir. Həmin an hər şey bitdi və geri dönüş olmadı."
Müğənni həmçinin əlavə edib ki, ayrılıqdan sonra özünü sənətə və ailəsinə həsr edib, artıq keçmişə baxmadan yeni həyata başladığını söyləyib.
Zahidə Günəşin bu etirafı izləyicilər və sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Musa