Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mən öldükdən sonra arxamca danışsanız iki əlim yaxanızda olar”

“Mən öldükdən sonra arxamca danışsanız iki əlim yaxanızda olar”

Tarix: 21 Oktyabr 2025 22:25

Əməkdar artist Mehriban Xanlarova emosional çıxışı ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, aktrisa Zümrüd Bədəlovanın təqdimatında yayımlanan "Gün ortası" verilişində qonaq olarkən bu sözləri deyib:

"Mən həmişə düz olmuşam, sözümü demişəm, ölənə qədər deyəcəm,sənətdə addımlarımı düz atmışam, ölənə qədər atacam. Qiymət verən Allahdır. Bu gün mən o Mehriban deyiləm, yaltaqlanım. İnsanlara demək istəyirəm ki, çox mən-mən deyib gəzməyin,varınıza, pulunuza çox güvənməyin. Öləndə 2 metr kəfən bizə qismət olacaq, ya olmayacaq. Evlərinizi, maşınlarınızı, pullarınızı qəbrə yığa bilməyəcəksiniz. Sağlığında insanlara dəyər verin. Allahdan qorxun. Mən öldükdən sonra arxamca danışsaz iki əlim yaxanızda olar. Diri ikən mənə sözünüzü deyin. Artıq efirlərdə olmayacam. Xına yaxın, sevinin". (olay)


Etiketlər:  Mən öldükdən sonra arxamca danışsanız əlim yaxanızda olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ