Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anam seçdiyim şəxsi qəbul etmir, toysuz ərə gedəcəyəm''

''Anam seçdiyim şəxsi qəbul etmir, toysuz ərə gedəcəyəm''

Tarix: 21 Oktyabr 2025 17:35

Müğənni Şəbnəm Qəhrəmanova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Sonxeber.net xəbər verir ki, sənətçi ailə qurmaq ərəfəsində olduğunu bildirib.

İfaçı Qəhrəmanova etiraf edib ki, bu qərarına ailəsi, xüsusilə də anası razı deyil:

"Anam bu nikahın tərəfdarı deyil. Amma mən düşünürəm ki, düzgün qərar vermişəm. Həyatda insanın ürəyinin səsinə qulaq asması vacibdir", - deyə o, bildirib.

Müğənni əlavə edib ki, nikah mərasimi sadə şəkildə baş tutacaq və toy məclisi təşkil etməyi planlaşdırmır:

"Toy etmək fikrim yoxdur. Hər şeyin təmtəraqlı olmasına ehtiyac duymuram. Əsas olan qarşılıqlı sevgi və anlayışdır", - deyə sənətçi qeyd edib.

Musa


Etiketlər:  Anam seçdiyim şəxsi qəbul etmir toysuz ərə gedəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ