Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 18:38
Perm Universitetində atəş açan və həbs zamanı ağır yaralanan 18 yaşlı Timur Bekmansurov daha bir əməliyyat keçirib.
Sonxeber.net lent.az-a istinadla xəbər verir ki, qabırğasında ilişmiş qalan bir güllə çıxarılıb. O, indi anesteziya altındadır.
Xəbər verildiyi kimi, Timur Bekmansurov sentyabrın 24-də özünə gəlib. Onun özünə gəldikdən sonra həkimlərdən ana və atası ilə maraqlandığı bildirilirdi. Valideynləri bu günlərdə bir dəfə də olsun xəstəxanaya müraciət edərək oğullarının vəziyyəti ilə maraqlanmayıblar.
Timur universitetə sentyabrın 20-də hücum edib. Nəticədə 6 nəfəri öldürüb, 40-dan çox adamı yaralayıb.