Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 15:57
"Hazırkı Ermənistan hakimiyyəti də əvvəlki sələflərinin neonasizm kursuna sadiqdir. Bunu faşist Almaniyasına xidmət etmiş Qaragen Njdenin hazırda Ermənistanın hər yerində 26 abidəsinin olması faktı da təsdiq edir".
Bunu Sonxeber.net-a açıqlamasında israilli politoloq Mixail Finkel deyib.
Ekspert bildirib ki, Ermənistan hakimiyyətinin əsasında başqa dövlətlərə qarşı ərazi iddiaları, irqi ayrı-seçkilik dayanır:
"İkinci dünya müharibəsindən sonra indi yenidən Ermənistanda nasistlərə olan rəğbətin artması diqqətdən yayınmır. Erməni hakimiyyət bu siyasəti ilə əlbəttə ki, məktəblilərə təsir etməməlidir, tələbələrin, gənc erməni nəsillərinin ən dəhşətli həyasızlığını formalaşdırmamalıdır. Çünki bütün bunlar bir fəlakətə səbəb ola bilər, dünyanın mənzərəsinin, tarixin yanlış anlaşılması, eyni zamanda revanşizmə səbəb ola bilər. Təəssüf ki, bu gün Ermənistanda nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmə və irqçiliyin müasir formalarının yayılması, irqi ayrı-seçkilik, ksenofobiya dövlət siyasətinin əsasında dayanır. Əlbəttə ki, meyllər və tendensiya eynilə faşist Almanisyasında olduğu kimidir bilirik ki, faşizmin özü həmişə revanşizmə gətirib çıxarır.
Erməni faşist Qaragen Njdenin heykəli
Ermənistan hakimiyyətinin özəyini təşkil edən siyasətlərində başqa xalqların, yad ölkələrin torpaqlarını ələ keçirmək istəyi dayanır ki, bu da gənc nəslə bu torpaqların onların, əvvəllər mifik "böyük Ermənistana aid olduğunu" aşılayır.
Əlbəttə ki, 44 günlük müharibə ilə işğaldan azad edilən Qarabağ torpaqlarını yenidən işğala məruz qoymaq üçün Ermənistanınrevanş cəhdləri olacaq. Son 5 həftədə gördük ki, kiçik, zəif bir Ermənistan Azərbaycanı təhrik edir. 10 noyabr üçtərəli müqaviləsini kobud şəkildə pozaraq sərhədboyu Azərbaycan mövqelərini atəşə tuturlar. Ermənistan bununla da Qarabağda fəaliyyət göstərən sülhməramlı kontingenti çətin duruma salmaqla, münaqişəni Rusiyanın üzərinə ataraq, Rusiya ilə Azərbaycan arasında qarşıdurma yaratmağa çalışır.
Qısacası, Ermənistan hazırda özünü əsl terrorçu kimi aparır. Təəssüf ki, onların təxribatları nəticə də verir. Bu vəziyyətdə inanmıram ki, Azərbaycan bir sülhə imza ata bilsin".
Təhməz Əsədov