Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yağış çaylarda suyun səviyyəsini artırıb - VİDEO

Yağış çaylarda suyun səviyyəsini artırıb - VİDEO

Tarix: 30 Sentyabr 2021 16:26

Qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək

Milli.Az Real TV-yə istinadən bildirir ki, yayın davamlı quraqlığından sonra yağan yağış çaylar də suyun səviyyəsini artırıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məumat verib. Umayra Tağıyeva bildirib ki, Ölkə ərazisində qeyri-sabit, fasilələrlə yağmurlu hava şəraiti oktyabrın 1-dək davam edəcək.

Belə hava şəraiti havanın keyfiyyətinin yaxşılaşmasına, təmizlənməsinə, oksigenlə zənginləşməsinə səbəb olur .Abşeron yarımadasında sutka ərzində yağışın həcmi iki aylıq norma miqdarında olub.

Qeyd edək ki, Respublikanın bəzi yerlərində yağıntı leysan xarakterli intensiv,şimal-şərq rayonlarında isə güclü olacağı gözlənilir. Paytaxtda havanın temperatoru 20-21 dərəcə təşkil edir.

Milli.Az


Etiketlər:  Yağış çaylarda suyun səviyyəsini artırıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ