Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sakit Okeanda 6,1 bal gücündə zəlzələ baş verib

Sakit Okeanda 6,1 bal gücündə zəlzələ baş verib

Tarix: 21 Avqust 2019 08:52

Bakı. Trend:

Solomon adaları dövlətinə məxsus Santa Krus arxipelağında Utupua adasının qərb sahillərində okeanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avstraliyanın Milli seysmoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 01:05-də başlayıb. Yeraltı təkanların episentri Utupua adasının sahil zolağından 50 kilometr şimal-qərbdə, ocağı isə isə 77 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.


Etiketlər:  Sakit Okeanda 61 bal gücündə zəlzələ baş verib


RƏYLƏR