Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 21:30
İrəvanın şəhər məhkəməsi Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın iki ay müddətinə həbs olunmasına qərar verib.
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, hakim Mnasakan Martiroyan qərarın dərhal icra edilməsini tələb edib.
David Tonoyan və Ermənistan Müdafiə Nazirliyini silah-sursatla təmin edən şirkətlərin ən böyüyünün sahibi Davidl Qalstyan 2277323840 dram məbləğində mənimsəmədə və cəmiyyət üçün təhlükəli əməllərdə suçlanaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində tutulmuşdular.
David Tonoyan Ermənistanın müdafiə naziri olduğu dönəmdə, ötən il ABŞ-da erməni diasporu ilə görüşündə Azərbaycanı yeni müharibə ilə hədələmiş, "Yeni müharibə yeni ərazilər deməkdir!" söyləmişdi.