Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tacikistan Əfqanıstanla sərhəddə hərbi parad keçirdi

Tacikistan Əfqanıstanla sərhəddə hərbi parad keçirdi

Tarix: 30 Sentyabr 2021 23:10

Tacikistan Əfqanıstanla sərhəddə yerləşən Xoroq şəhərində hərbi parad keçirib.

Ölkə Prezidenti Emoməli Rəhmon paradda çıxış edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Rəhmon hərbçiləri respublikanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib və bu illər ərzində silahlı qüvvələrin "etibarlı, güclü və mütəşəkkil bir quruluş" halına gəldiyini söyləyib. O əlavə edib ki, Tacikistan sərhədində ekstremist və terror hərəkatları güclənir və belə şəraitdə ordunun rolu artır.

Paradda 100 mindən çox hərbçi və səfərbərlik ehtiyatının 130 mindən çox zabit və əsgəri iştirak edib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Tacikistan və Əfqanıstan silahlı qüvvələrinin ortaq sərhədə çəkilməsi ilə bağlı xəbərləri qeydə alıb. Moskva tərəfləri vəziyyəti sülh yolu ilə həll etməyə çağırdı.

Milli.Az


Etiketlər:  Tacikistan Əfqanıstanla sərhəddə hərbi parad keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ