Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənnəti nurlandıran şəhid... - VİDEO

Cənnəti nurlandıran şəhid... - VİDEO

Tarix: 1 Oktyabr 2021 13:50

Şəhid Nurlan Dadaşovun adına bulaq inşa edilib

Milli.Az Real TV-yə istinadən bildirir ki, Kürdəmir rayon sakini Dadaşov Nurlan Səyyad oğlu Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların azadlığı uğrunda gedən döyüşlərdə 2020-ci ilin oktyabrında qəhrəmancasına vuruşaraq həlak olub, şəhidlik məqamına ucalıb.

Hələ gənc əsgər ikən fərqlənən Nurlan xüsusi təyinatlı qarovul bölüyündə xidmətə başlayıb və tez bir zamanda ətrafındakıların rəğbətini qazanıb.

Vətənin yenilməz, cəsur oğlu Azərbaycanın əzəli torpaqlarının geri qayatarılması uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Qəbrin nurla dolsun, üzü nurlu şəhidim...

Milli.Az


Etiketlər:  Cənnəti nurlandıran şəhid VİDEO


RƏYLƏR