Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minsk Qrupunun istəyi nəticə verməyəcək - Həmsədrlər səfərə hazırlaşır

Minsk Qrupunun istəyi nəticə verməyəcək - Həmsədrlər səfərə hazırlaşır

Tarix: 1 Oktyabr 2021 14:28

"Həmsədr dövlətlər ATƏT-in Minsk Qrupunun fəaliyyətini canlandırmağa çalışırlar". 

Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, həmsədrlər Qarabağın statusunu müzakirə etmək istəyirlərsə, bu, bir nəticə verməyəcək:

"Həmsədr dövlətlər Minsk Qrupunun fəaliyyətini canlandırmaq məqsədilə öz aralarında müəyyən görüşlər keçirirlər. Prezident İlham Əliyev və biz özümüz də hər dəfə deyirik ki, "status" məsələsi geridə qaldı. Yəni həmsədrlər bölgəyə "status" məsələsini müzakirə etməyə gələcəklərsə, bu, bizi maraqlandırmır. Amma başqa mövzular var ki, bu istiqamətdə onlar faydalı ola bilərlər - Azərbaycanla Ermənistanın arasında barışığın əldə olunması, sülh sazişinin imzalanması, sərhəd üzərində iş, sərhədlərin müəyyənləşməsi, dəhlizlərin açılması...

Prezident İlham Əliyev də bu günlərdə müsahibəsində qeyd etdi ki, Minsk Qrupu çərçivəsində Ermənistan baş naziri ilə görüşməyə hazırdır. Yəni Minsk Qrupu bu görüşləri də təşkil edə bilər. Yox, əgər ancaq Qarabağın statusunu müzakirə etmək istəyirlərsə, bu, bir nəticə verməyəcək. Biz o zaman bu fəaliyyətdə maraqlı olmayacağıq, amma orası da var ki, Minsk Qrupundan imtina da edə bilmirik, çünki söhbət 3 böyük dövlətdən gedir". 

Təhməz Əsədov


Etiketlər:  Minsk Qrupunun istəyi nəticə verməyəcək Həmsədrlər səfərə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ