Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 15:54
ABŞ Arktikada resursların inkişaf etdirilməsində Rusiyadan xeyli geri qalıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Arktik Araşdırma Komissiyasının keçmiş üzvü Tomas Dansın nüfuzlu "Hill" nəşrində yayılan məqaləsində bildirilib.
O qeyd edib ki, Soyuq müharibəni qazansalar da, "Buz savaşı"nda məğlub olurlar:
"ABŞ-dan fərqli olaraq, Rusiya Arktika bölgəsində fəaliyyətini yüksək templə davam etdirib. Bu fəaliyyət isə gələcəkdə Moskvaya böyük gəlirlər verəcək".
Arktikada Ağ Evin infrastrukturu üçün maliyyələşdirilməni qeyri-kafi hesab edən Dans Rusiya donanmasının üstünlüyünə diqqət çəkib və Rusiyanın daha çox nüvə buzqıranlarına sahib olduğunu vurğulayıb.