Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2021 15:42
Müğənni Selçuk Uralın Türkiyənin bir sıra məşhurları haqqında işlətdiyi ifadələr gündəm olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı yeni çıxan həmkarlarını bəyənmədiyini, yerindən duranın bu sənətə üz tutduğunu bildirib. O müğənni Aleyna Tilkini misal göstərərək gənc ifaçıları istedadsız adlandırıb:
"Biz də gənc yaşda bu sənətə başladıq. Çünki səsimiz var idi. İndi şöhrət qazanmaq və varlı olmaq üçün müğənni olurlar. Teknika inkişaf etdikcə hamı ifaçı oldu. Aleyna Tilki ortaya çıxınca, bütün sənətkarlar qəhərindən xəstəxanalıq oldu. Bizim vaxtımızda belə deyildi. Cem Karacadan bir daha dünyaya gəlməz".
Selcuk açıqlamasında yalnız Tarkanı bəyəndiyini bildirib.
İfaçı öz növbəsində estetik etdirən sənət dostlarını da bəyənmədiyini ifadə edib. O, müğənni Ajda Pekkanın etdirdiyi əməliyyatlara görə gündüz bayıra çıxa bilmədiyini qeyd edib:
"Estetik etdirməmişəm. Botoks etdirən kişi və qadınlar meymuna dönüb. Məsələn, Ajda gündüz əsla küçəyə çıxmaz. Kişilərin isə saçı boyadır".