Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ alimləri QİÇS və “Ebola” qızdırması xəstəliyindən qorunma üsulunu tapıblar

ABŞ alimləri QİÇS və “Ebola” qızdırması xəstəliyindən qorunma üsulunu tapıblar

Tarix: 4 Oktyabr 2021 21:20

Yeni tədqiqatın nəticələrinə görə müəyyən edilib ki, siçanların və meymunların orqanizmində virusların yayılmasının qarşısını almaq qabiliyyətinə malik xüsusi zülal əmələ gətirən gen mövcuddur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin araşdırmasına görə, bu genin insan orqanizmində fəaliyyəti heç də heyvan orqanizmindəki fəaliyyətindən geri qalmaya bilər. Tədqiqatçılar əmindirlər ki, bu kəşf əsasında virus əleyhinə misli görünməmiş effektliliyə malik yeni preparat hazırlamaq və hətta insanları mutasiya nəticəsində əmələ gələn genlə - təhlükəli yoluxucu xəstəliklərə qarşı anadangəlmə immunitetlə təmin etmək mümkündür.

Alimlərin sözlərinə görə, "retroCHMP3" adını alan genetik mutasiya müəyyən virusları hüceyrə membranının içində saxlayaraq, onların yayılmasının qarşısını alır. İnsanlarda "CHMP3" geni var, lakin onun "retro" variantı yoxdur. Bu variant təkcə meymunda, siçanda və heyvanların bəzisində var. Alimlər kəşfi sensasiya adlandırıblar, çünki onlar QİÇS, "Ebola" qızdırması və digər təhlükəli viruslardan müdafiəni aşkarlayıblar.

Milli.Az


Etiketlər:  ABŞ alimləri QİÇS Ebola qızdırması xəstəliyindən qorunma üsulunu tapıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ