Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 21:22
Türkiyənin Aydın vilayətində yerləşən qədim "Kutsal Mağara" (Müqəddəs mağara) adlı yeraltı məkan turistlərin ziyarətin üçün hazır vəziyyətə gətirilib.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, Anadolu agentliyi yazır ki, Didim rayonunun Miletos antik şəhərində yerləşən mağara eramızdan əvvəl III əsrdə işlənilmiş tapıntıdır. Buranın "Kutsal Mağara" adlandırılması qazıntı zamanı mağarada qədim insanların sağlamlıqla bağlı inancını göstərən əşyaların tapılması ilə əlaqədardır.
Yerli hakimiyyət orqanları əmindirlər ki, ziyarətçiləri gözləyən "Kutsal Mağara" ən qısa zamanda turistlər arasında cəlbedici bir məkana çevriləcək.