Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həyəcan: Bu qış bizi böyük böhran gözləyir

Həyəcan: Bu qış bizi böyük böhran gözləyir

Tarix: 5 Oktyabr 2021 10:12

Enerji resurslarının bahalaşması və bir çox məhsulların çatdırılması problemi səbəbindən bütün dünyanı bu qış böyük böhran gözləyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq"in yazarı Maykl Uinfri deyib.

O bildirib ki, koronavirus pandemiyası bəşəriyyət üçün böhrana gətirib çıxardı. Belə ki, pandemiyanın mənfi təsirlərindən biri də buğdadan kompüter çiplərinə kimi məhsulların çatdırılmasında yaranan problemdir:

"Britaniyada yanacaqla bağlı kəskin qıtlıq müşahidə edilir. Marketlərin rəfləri sürücü çatışmazlığı səbəbindən boşdur. Problemlər başqa ölkələri də təhdid edir".

Unfri həmçinin əlavə edir ki, Şimal qütbündə temperatur göstəricilərinin dəyişməsi də müxtəlif bazarlara mənfi təsirini göstərəcək və nəticədə tammiqyaslı böhran başlayacaq.

Milli.Az


Etiketlər:  Həyəcan Bu qış bizi böyük böhran gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ