Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 16:02
Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatında bildirilib.
1950-ci ildən bəri Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyini aşkarlanıb.
2500 səhifəlik hesabatda həm cinayətkarların sayı, həm də qurbanların sayı əks olunub.
Qeyd edək ki, Komissiya 2018-ci ilin sonunda Fransadakı Katolik yepiskoplar tərəfindən sui-istifadə və istismar hallarını araşdırmaq və cəmiyyətin kilsəyə inamını bərpa etmək üçün yaradılıb. Komissiya kilsəyə tabe deyil və müstəqil olaraq fəaliyyət göstərir.