Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Selin fəsadları aradan qaldırılır - VİDEO

Selin fəsadları aradan qaldırılır - VİDEO

Tarix: 5 Oktyabr 2021 19:12

Katex çayının sahilində yeni bəndin tikilməsi nəzərdə tutulub

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, iki həftə öncə Balakən rayonu ərazisinə yağan güclü leysan yağışlar nəticəsində bəzi dağ çayları məcrasından çıxaraq ətraf ərazilərə ziyan vurub.

Nəticədə selin gətirdiyi qum, çınqıl və ağac qırıntıları çayların məcrasını dolduraraq çayın ötürmə qabiliyyətini aşağı salıb. Bu zamanı isə sel suları kənd ərazilərini və təsərrüfatları basıb, çay məcralarında şişmələr baş verib, dambalar dağılıb.

Dərhal çay məcralarına Balakən Suvarma Sistemləri İdarəsi tərəfindən baxış keçirilib və idarənin texnikaları selin ziyan vurduğu ərazilərə cəlb olunub. Təxirəsalınmaz işlər nəticəsində təhlükənin qarşısı alınıb və bu gün də buldozer və ekskovatorlarla dağ çaylarında müəyyən işlər görülür.

İdarənin mühafizə tədbirləri planına uyğun olaraq bu il Katex çayının sağ sahilində, Katex kəndinin mühafizəsi üçün yeni 100 paqonometr daş-beton bəndin tikilməsi nəzərdə tutulur ki, bu bənd ətraf əraziləri sel təhlükəsindən qoruyacaq.

Balakən Suvarma Sistemləri İdarəsi rayon ərazisində sahil bərkitmə işləri ilə paralel olaraq suvarma suyunun əkin sahələrinə itkisiz çatdırılması üçün il ərzində işlərini davam etdirib. Bu il rayonda suvarma mövsümü müvəffəqiyyətlə yekunlaşıb.

Torpaq məcralı kanalların lildən təmizlənməsi və beton üzlüyə alınması prosesi isə davam edir. Rayonda suvarma əsasən öz axını ilə həyata keçirilir. Suvarma dağ çaylarından gələn suların, o cümlədən subartezian və artezian quyuları hesabına aparılır.

Balakən Respublikanın sıx çay şəbəkələrinə malik olan bölgələrindən biridir. Bu çaylardan əksəriyyəti Mazımçay, Katexçay, Balakənçay, Dəliçay, Humbulçay, İnterçay və digər dağ çaylarıdır. Balakən Suvarma Sistemləri İdarəsi mövsümlə əlaqədar olaraq bütün çaylarda məcra təmizləmə və sahil bərkitmə işlərini gücləndirib. Qeyd edək ki, idarənin balansında 21814 paqonometr uzunluqda bəndlər mövcuddur ki, bu bəndlərin 4400 paqonometri panel,16021 paqonometri daş-beton,1156 paqonometri daşla tökmə, 237 paqonometri isə qabion bəndlər təşkil edir.


Etiketlər:  Selin fəsadları aradan qaldırılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ