Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 23:44
"İsrailin Baş naziri Naftali Bennetin Rusiyaya səfəri oktyabrın 22-nə planlaşdırılıb".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Alexander Ben Zvi jurnalistlərə açıqlamsında bildirib.
Səfir səfərlə bağlı məlumatın Rusiya tərəfinin bəyan etdiyini deyərək, belə bir planın olduğunu təsdiqləyib: "Belə bir plan var".
Qeyd edək ki, N.Bennet iyunun 13-də İsrailin Baş naziri vəzifəsinə başlayıb. O, bu vəzifədə 2009-cu ildən İsrail Baş naziri olmuş Benyamin Netanyahunu əvəzləyib.