Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın fəxri həkimi vəfat etdi

Azərbaycanın fəxri həkimi vəfat etdi

Tarix: 6 Oktyabr 2021 10:44

Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dosenti Svetlana Əliyeva vəfat edib.

Milli.Az report-a istinadən bildirir ki, S.Əliyeva ötən gün 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nun müalicə-profilaktika fakultəsində təhsil alıb. 1962-1966-cı illərdə S.M.Kirov adına ADU-nun "İnsan və heyvanların fiziologiyası" kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlayıb.

1966-1970-ci illərdə ATU-nun dermatovenerologiya kafedrasında baş laborant kimi işləyib.

1995-ci ildən ömrünün sonuna kimi həmin kafedrada dosent kimi çalışıb. 2000-ci ildə "fəxri həkim" adına layiq görülüb.

S.Əliyeva 2009-cu ildə 70 illik yubileyi ilə əlaqədar ATU-nun rektoru tərəfindən "Fəxri fərman"la təltif olunub. 40-a yaxın elmi işin müəllifidir.

Milli.Az


Etiketlər:  Azərbaycanın fəxri həkimi vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ