Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 11:36
Rusiyanın paytaxtı Moskvada 21 yaşlı model fotoqraf tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qızın söylədiyinə görə, internetdə model axtarışında olan bir fotoqraf ona reklam işləri ilə əlaqədar sərfəli əməkdaşlıq təklif edib.
Tərəflər razılaşıb və Moskva şəhərində yerləşən restoranların birində görüşərək iş müzakirəsi aparmaq qərarına gəliblər.
Fotoqraf və şikayət edən qadın arasında görüş baş tutub. Onlar şam yeməyi yeyəndən sonra restoranda çəkilişlərə başlayıblar.
Fotosessiya bitdikdən sonra fotoqraf taksi çağırıb və onlar birlikdə restoranı tərk ediblər.
Modelin sözlərinə görə, o, taksiyə əyləşdikdən sonra baş verənləri xatırlamır.
Yalnız səhər saatlarında gözünü açıb fotoqraf evində olduğunu başa düşüb. Model fəaliyyəti ilə məşğul olan qadın hadisə ilə əlaqədar polisə şikayət edib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır.