Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 13:50
44 günlük Vətən müharibəsində qələbə üçün canından keçmiş şəhidlərimizdən biri də Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Emil Qurbanovdur.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Emil müəllim 1980-ci il avqustun 25-də Lənkəran şəhərində anadan olub.
Orta məktəbi bitirən Emil Qurbanov 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinə daxil olub. 2002-2003-cü illərdə həqiqi hərbi xidmətdə olan Emil Qurbanov leytenant rütbəsi alıb və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb.
Seçdiyi ixtisası çox sevdiyi üçün Emil Qurbanov müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək bir vaxtlar təhsil aldığı şəhər 7 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı üzrə müəllim işləməyə başlayıb. Vətən müharibəsi başlayanda isə döyüşələrə qatılıb.
Şəhidimiz Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda döyüşüb. Qubadlı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.
Şərəflə yaşadığı müəllim ömrünü şəhid olaraq başa vuran Emil Qurbanov ölümündən sonra Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: