Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəqliyyatda kart sistemində problem yaşanır - Sumqayıtda - VİDEO

Nəqliyyatda kart sistemində problem yaşanır - Sumqayıtda - VİDEO

Tarix: 6 Oktyabr 2021 14:38

Sumqayıtda nəqliyyatda kart sistemində problem yaşanır. Vətəndaşlar balans artıra bilmirlər. Ödəniş aparatlarının işləməməsi narahatlıq doğurur.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, kartlarda balans olduğu halda boş göstərilir. Bəzi hallarda isə aparatlarda kartların işləmədiyi yazılır. 

Sumqayıt şəhərində fəaliyyət göstərən avtobuslar bir müddət öncə yeni kart sisteminə keçib. Ancaq sistem düzgün işləmədiyi üçün sərnişinlər əziyyət çəkirlər.

Sərnişinlər deyirlər ki, problem avtobusların kart sisteminə keçdiyi gündən yaşanır.

Balans artırmada da ciddi problemlər yaşanır. Karta yüklənmə edilsə də, məbləğ balansda görünmür.

Mövzuya münasibət bildirən Sumqayıt Şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov söz verib ki, problem qısa vaxt ərzində həll olunacaq.

Qeyd edək ki, mövcud kartlar yaxşı işləmədiyindən yaxın günlərdə yeni kartların gətiriləcəyi bildirilir. Vətəndaşlar əllərindəki kartları yeniləri ilə əvəz edə biləcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Nəqliyyatda kart sistemində problem yaşanır Sumqayıtda VİDEO


RƏYLƏR