Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təzyiq xəstələrinin beyni getdikcə kiçilir - ALİMLƏR

Təzyiq xəstələrinin beyni getdikcə kiçilir - ALİMLƏR

Tarix: 6 Oktyabr 2021 23:27

Avstraliya və Çin alimlərinin apardığı araşdırma hipertoniyanın gözlənilməz nəticələrini aşkar edib. Rusiya KİV-lərinin məlumatına görə, tədqiqatmılardan ibarət qrupa Melburn Universitetinin professoru Minquan He başçılıq edib.

Sonxeber.net bildirir ki, Amerika Kardiologiya Assosiasiyasının "Hypertension" jurnalında dərc olunan hesabatında deyilir ki, erkən yaşda yüksək qan təzyiqi diaqnozu qoyulan insanların beyin quruluşunda yaşlı demensiya riskini artıran dəyişikliklər arasında əlaqə var.

Mütəxəssislərin araşdırmalarına görə, hipertoniya diaqnozu qoyulan yaşlı insanların beyin ölçüləri daha kiçikdir və onlarda demensiyanın inkişaf ehtimalı daha yüksəkdir.

Elmi tədqiqatın müəllifləri İngiltərə Biobankının məlumatlarına əsaslanıblar. Onların fikrincə, 55 yaşına qədər yüksək təzyiqli insanlarda beyin normal göstəricilərə nisbətən daha kiçikdir. Alimlərin qənaətinə görə, hipertoniya diaqnozu nə qədər erkən qoyularsa, beynin ölüçlərindəki bu azalma daha az olar.

Beləliklə, alimlər 45-54 yaş arasında yüksək qan təzyiqi olanlarda damar demensiyasının inkişaf riskinin 45%, 35-44 yaşlı hipertoniya diaqnozlu insanlarda isə 69% daha yüksək olduğunu müəyyən ediblər.

Moskva 2 saylı Müharibə Veteranları Xəstəxanasının həkim-kardioloqu Sergey İvanov hipertoniyaya səbəb olan məhsulların adlarını açıqlayıb. Onun sözlərinə görə, bu məhsullara tərkibində çoxlu miqdarda duz olan yarımfabrikatlar, yağ olan sosiskalar və kolbasa daxildir. /medicina.az


Etiketlər:  Təzyiq xəstələrinin beyni getdikcə kiçilir ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ