Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran-Azərbaycan münasibətlərinə dair yeni məqamlar: Təxribat ola bilər, amma...

İran-Azərbaycan münasibətlərinə dair yeni məqamlar: Təxribat ola bilər, amma...

Tarix: 7 Oktyabr 2021 09:18

İran-Azərbaycan münasibətləri kritik mərhələdədir. Bəzi siyasi ekspertlər yaranmış durumu "soyuq müharibə" də hesab edirlər. İran qonşusu və dindaşı Azərbaycanla Ermənistana görə üz-göz olub. Düzdür, ortada öz maraqları var. Amma bu böhrana səbəb İranın Ermənistan üzərindən Qarabağa göndərdiyi yük maşınları oldu. Azərbaycan tərəf İranın qanunsuzluğunu isbat edəndən sonra rəsmi Tehran geri çəkilmək əvəzinə, üstümüzə gəldi, ölkəmizi suçladı. "Sionist rejimi" terminini işlətdi. Ardında İranın ali dini lideri Seyid Əli Xameneyi bəyanat verdi, İranın siyasi rəhbərliyinin mövqeyini haqlı sayan sözlər dedi. Onunla eyni vaxtda İranın xarici işlər naziri Azərbaycanı təhdid etdi.

Oktyabrın 5-də isə İran Azərbaycandan Naxçıvana uçan hərbi təyyarələrə hava məkanını qapatdı. Azərbaycan tərəf də bütün indiyədək olanlara reaksiya verdi. İranın ali dini lideri Xameneyinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi bağlanıb.

Daha bir tutarlı cavab isə Naxçıvanda Türkiyə qırıcılarının havaya qaldırılması oldu. Naxçıvanda Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimin adına diqqət edək: "Sarsılmaz qardaşlıq-2021". İranın ölkəmizə qarşı tutduğu mövqeyə ən tutarlı cavab Türkiyə ilə birgə hərbi təlimlərdir. Rəsmi Tehran Türkiyə-Azərbaycan qardaşlığından, müttəfiqliyindən, birgə hərbi təlimlərdən çox narahatdır. Artıq Türkiyə İlə Azərbaycanın arasındakı münasibətlər mənəvi, fəlsəfi, poetik mərhələni keçib. Ortada daha ciddi, daha real müttəfiqlik var. Bu müttəfiqlik Türkiyə və Azərbaycan prezidentlərinin imzaları ilə rəsmi müqavilə şəklində təsdiqlənib. İyunun 15-də Şuşada imzalanan bəyannamə - Şuşa Bəyannaməsi Azərbaycana ola biləcək hərbi aqressiyalarda Türkiyənin hansı mövqe tutacağını bəlli edir. Bu, boşuna "İkinci Qars müqaviləsi" adlandırılmır. Prezident İlham Əliyev ötən il xalqa telemüraciətlərində də bunun anonsunu vermişdi. Türkiyə qırıcılarının Azərbaycanda olmasından danışarkən Prezident demişdi ki, o F-16-lar Azərbaycana 3-cü ölkə tərəfindən aqressiya olacağı təqdirdə havaya qalxacaq.

Milli.Az


Etiketlər:  İran Azərbaycan münasibətlərinə dair yeni məqamlar Təxribat ola bilər amma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ