Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 14:56
Tərtərçay hövzəsində qum-çınqıl yataqları kortəbii istismar olunub
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, "Tərtərçay hövzəsində fəaliyyət göstərən 12 qum-çınqıl karxanasının sahibkarları tərəfindən qum-çınqıl yataqlarının kortəbii istismarı müəyyən olunub. Nəticədə ərazinin ekosisteminə bərpa olunmayan zərər vurulub, yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş verib, sahil bərkitmə bəndlərinə təhlükə yaranıb, çay məcrası eroziyaya məruz qalıb. Bunu Bunu jurnalistlərin sorğusunu cavablandıran Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyyətinin sədri Samir Qurbanov bildirib. o, həmçinin qeyd edib ki, bu karxanalar tərəfindən yataqayırma hüdudundan kənarda, eyni zamanda icazə verilən istismar dərinliyindən artıq məsafədə qanunsuz hasilat işləri aparılıb."Qeyd edilən pozuntularla bağlı "Yerin təki haqqında" və "Lisenziyalar və icazələr haqqında" Qanunların müvafiq maddələrinə əsasən sözügedən karxanaların yerin təkindən istifadə hüququna Agentliyin İdarə Heyətinin qərarı ilə xitam verilib".
S.Qurbanov onu da vurğulayıb ki, edib ki, Agentliyin qəbul etdiyi qərarların məqsədi çay hövzəsində bərpası mümkün olmayan mineral resursların səmərəli istifadəsinin təmin edilməsi, onların tükənməsinin qarşısının alınması, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasıdır.