Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş arvadı Nazpərinin oğluna xəyanət edib?

Keçmiş arvadı Nazpərinin oğluna xəyanət edib?

Tarix: 7 Oktyabr 2021 17:20

Xalq artisti Nazpəri Dostəliyeva dünyasını dəyişən oğlu Əlinin şəxsi həyatı ilə bağlı sirrləri açıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "1 dəqiqə" verilişində qonaq olan müğənni övladının uzun müddət əvvəl boşandığını deyib. Bildirilib ki, oğlu Əliyə xəyanət edilib:

"Əlinin ailəsində problem oldu, onlar boşandılar. Qisas yoxdur, bu haqda danışmaq istəmirəm. Səbəbsiz heç nə olmur. Tamerlanım (nəvəsi - red.) var... Əli dedi, ana, haqqını mənə halal et. Bilirdi daxilən əzab çəkirəm. Tamerlanı sənə tapşırıram, onu heç kimin, hətta anasının əlində qoyma. Mən körpə övladı anasından ayırmaram. Böyüyüb gəlib nənəsini tapacaq".

Proqramda bildirilib ki, gəlini Tamerlanı ona vermək istəyir. Bu haqda deyilənə Nazpəri "Verməyib nə edəcək? Verməyə bilər, ana olasan gərək..." cavabını verib.  

Bacısı Zeynəb Dostəliyeva isə "Qisas qiyamətə qalsın" sözlərini söyləyib.


Etiketlər:  Keçmiş arvadı Nazpərinin oğluna xəyanət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ