Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kompüterlərin çoxu Windows 11-ə keçidə hazır deyil

Kompüterlərin çoxu Windows 11-ə keçidə hazır deyil

Tarix: 7 Oktyabr 2021 21:40

Microsoft ilk əvvəldən potensial Windows 11 istifadəçilərinin kompüterləri üçün yüksək tələblər təyin etmişdi. Bununla belə biznes istifadəçilərin cihazlarının yeni əməliyyat sisteminə keçidə hazır olduqlarına dair şübhələr var. Lansweeper adlı tətbiq vasitəsilə xüsusi tədqiqat aparılıb və həmin tədqiqatda 600.000-ə yaxın təşkilatı əhatə edən 30 milyon ədəd kompüter iştirak edib. Aparılmış tədqiqatın nəticələrinə əsasən kompüterlərin çox hissəsi Windows 11-ə kimi yenilənməni dəstəkləmir. Belə ki, həmin kompüterər yeni əməliyyat sisteminin bu və ya digər sistem tələblərinə cavab vermirlər. Mövcud nəticələr "Windows 11 Readiness Audit" adlı hesabatda qeyd edilib.

Kompüterlərin əksəriyyətinin 4 GB RAM-a sahib olmalarına baxmayaraq onların yarıdan çoxu (55.6%) Microsoft şirkətinin dəstəklənən prosessorlar siyahısındakı prosessor modellərindən məhrumdur. Kompüterlərin 1/5 hissəsi isə (19.26%) TPM 2.0 moduluna sahib deyil. Bu, Windows 11-in yaxın zamanda işə salınması ilə bağlı aparılmış yeganə analiz deyil. Bir neçə müddət bundan öncə ABŞ-da 1000 nəfər kompüter istifadəçisi arasında sorğu aparılmışdı. Həmin sorğu nəticəsində məlum oldu ki, istifadəçilərin çoxu Windows 11 barəsində heçnə blmir və ya bu mövzu ilə maraqlanmır. İstifadəçilərin çox hissəsi isə ümumiyyətlə Windows 11-ə keçid etmək istəmir.


Etiketlər:  Kompüterlərin çoxu Windows keçidə hazır deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ