Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəramət Böyükçöl xəstəxanaya yerləşdirildi

Kəramət Böyükçöl xəstəxanaya yerləşdirildi

Tarix: 7 Oktyabr 2021 22:34

Yazıçı Kəramət Böyükçöl Maştağa Narkoloji Dispanserə yerləşdirilib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, məlumatı yazıçının atası, şair Qəşəm Nəcəfzadə təsdiqləyib.

O, oğlunun bu gün oktyabrın 7-də səhər saatlarında dispanserə aparıldığını deyib.

Kəramətin dəfələrlə müxtəlif xəstəxanalarda içki aludəçiliyindən müalicə aldığını bildirən Qəşəm Nəcəfzadə oğlununun intihar edəcəyindən ehtiyatlandıqları üçün bu addımı zəruri hesab edib.

Kəramət Böyükçöl 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Bakıda orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

"Çöl" (iki dəfə nəşr olunub), "Səkkizinci gün", "Məni kim tapa bilər?", "Əlqəmə" kitablarının müəllifidir.


Etiketlər:  Kəramət Böyükçöl xəstəxanaya yerləşdirildi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ