Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda marketdən oğurluq edən şəxs tutulub

Bakıda marketdən oğurluq edən şəxs tutulub

Tarix: 21 Avqust 2019 22:45

Bakı. Trend:

Bakıda marketdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 20-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş RMŞ-nin əməkdaşları tərəfindən ərzaq məhsulları və parfyumeriya oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynova saxlanılaraq 24-cü PŞ-yə təhvil verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda marketdən oğurluq edən şəxs tutulub


RƏYLƏR