Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 11:42
Qalmaqallı irlandiyalı döyüşçü Konor Makqreqorun moldovalı məşqçisi Sergey Pikulski Kişinyov hava limanında polislərlə əlbəyaxa olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, UFC ulduzunun məşqçisini sərxoş halda təyyarəyə buraxmaqdan imtina ediblər.
Sərhəd polisinin bu qərarı Sergey Pikulskini qəzəbləndirib və o, dava etməyə başlayıb.
İnsidentdən sonra məşqçi polis bölməsinə aparılıb və bir müddət sonra onu sərbəst buraxıblar.
Qeyd edək ki, moldova əsilli Sergey Pikulski 2007-ci ildən K. Makqreqorun məşqçisidir.